Ermənistandakı seçkidə görünməmiş SAXTAKARLIQ: 2 il əvvəl ölmüş adamın adı seçicilər siyahısında...




Ermənistanda bu gün baş tutan növbədənkənar parlament seçkilərində dünyanın ən diktatoral rejimlərində belə görünməmiş seçki saxtakarlığı qeydə alınıb. Belə ki, 31 saylı məktəbdə 8/25 saylı seçki məntəqəsində 2 il əvvəl ölmüş adamın adı və soyadı seçicilər siyahısında yer alıb. 

"Sherg.az” "armenews.com”a istinadən xəbər verir ki , bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Xəbərdə deyilir ki, ad və soyadı Q.T olan şəxs 27 avqust 1937-ci ildə anadan olub və 2016-c ildə dünyasını dəyişib. 

Buna rəğmən həmin şəxsin adı seçicilər siyahısına daxil edilib. Məsələyə münasibət bildirən Ermənistan polisi isə növbəti dəfə saxtakarlığa yol verərək faktı təkzib edib. Həmin siyahıda Q.T adlı şəxsin olmadığını bildirilib. Lakin Ermənistan KİV-ləri polisin bu açıqlamasnı yalanlayaraq, bunu görünməmiş biabırçı seçki saxtakarlığı adlandırıblar. Və seçki prosesində bu cür saxtakarlıqların kütləvi hal adlığını iddia ediblər. 

Tərcümə etdi: Ayyət Əhməd