Ermənistandan növbəti təxribat - Qarşısı yerindəcə alındı
10:54 11.04.2019
Arxiv
512
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın aprelin 6-dan 10-dək Qətərin paytaxtı Dohada keçirilən "Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırlımasında parlamentlərin rolu” mövzusunda 140-cı Assambleyasında iştirak ediblər.
Parlamentin mətbuat xidmətindən "Sherg.az"a bildiriblər ki, tədbirə dünyanın 150-dən çox ölkəsindən 2200-dən çox nümayəndə qatılıb. Açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və baş katibi Martin Çunqonq çıxış ediblər, sonra BMT-nin baş katibi Antonio Qutierreşin videomüraciəti nümayiş etdirilib.
Milli Məclisin deputatı Şahin İsmayılov Assambleyanın Gənc Parlamentarilərinin Forumunda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat verib, ötən il Bakıda təşkil olunmuş Gənc Parlamentarilərin V Qlobal Konfransından bəhs edib.
Forumda həmin konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirilib.
Assambleyanın Sülh və beynəlxalq təhlükəsizlik üzrə Daimi Komitəsinin iclasında "Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Qurumun həmməruzəçiləri Xalid Al Bakkar ilə Boris Tarasyukun hazırladığı həmin sənədə dair 20 dövlət tərəfindən təqdim olunmuş 120-dən çox təklif müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti adından qətnamə layihəsinə təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayan Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə bu sahədə qüvvədə olan qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə Forum iştirakçılarını geniş məlumatlandırıb. Bildirib ki, təklif olunan dəyişikliklər "Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnaməyə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraq yekdilliklə qəbul edilib.
Bildirilir ki, Assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bötüvlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan 9 təklif irəli sürüb. Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti qəti etiraz bildirib, o təkliflərin qəbuledilməzliyini və heç bir məntiqə sığmadığını əsaslandırıb, onların rədd edilməsi təkid olunubdur. Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Qətnamənin yekun layihəsi Parlamentlərarası İttifaqın Assambleyasında səsə qoyularaq qəbul edilib.
Assambleyanın işində Milli Məclisin nümayəndə heyəti ilə birgə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak edib.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm