Ermənistanın başında duranlar ölkəni çökdürüb - Hər gün etirazlar var...
09:18 11.04.2019
Arxiv
557
Qarabağ münaqişəsindəki mövqeyinə görə bütün əzabları erməni xalqı çəkir
Ötən gün İrəvan yenə qarışıb. Belə ki, "Spayka" şirkətinin əməkdaşları direktorları Davdi Kazaryanın həbsinə etiraz edirlər. Etirazçılar Yerevanın mərkəzində Tiqran Mets prospektini bağlayıblar. Eyni zamanda məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri D.Kazaryanın olduğu avtomobilin çıxmasına şərait yaratmağa cəhd etsələr də, nümayişçilər mane olmağa çalışıb, hətta maşına zərbələr endiriblər. Aksiya iştirakçıları "Nikolu (baş nazir Nikol Paşinyan) tələb edirik!", "Sona qədər mübarizə!" şüarları səsləndirirlər. Qeyd edək ki, Yerevan şəhər məhkəməsi D.Kazaryanın iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Ona qarşı vergidən yayınma ittihamı irəli sürülüb.
Məsələyə münasibət bildirən millət vəkili Rauf Əliyev "Sherg.az”a bildirib ki, qeyri-sabitlik Ermənistan üçün xarakterik bir haldır:
"Ermənistanda camaat nəzarət altında yaşayır. Ölkə iqtisadiyyatında inkişaf dayanıb, sərhədlər bağlanıb, regionda Ermənistan heç bir layihəyə qoşulmur. Bütün bu amillər sübut edir ki, camaat çox pis halda yaşayır. Ölkənin iqtisadi gücü olmadığı üçün heç bir sosial, iqtisadi layihə həyata keçirə bilmir. Bu kimi problemlərin yükünü sadə insanlar çəkir. Hazırda Ermənistanda zavod və fabriklər bağlanır, iri şirkətlər müflis olur. Hər il ölkədə işsizliyin səviyyəsi artır. Artıq insanlarda yeni bir iş yerinin açılmasına ümid yoxdur. 12 il Ermənistanı idarə edən Serj Sarkisyan ölkəni ağır vəziyyətə saldı. Ondan sonra demokratiya qurmaq fikri ilə Nikol Paşinyan hakimiyyətə gəlib, əhaliyə vədlər verdi. Amma mövcud şərait N.Paşinyana verdiyi vədləri həyata keçirməyə imkan yaratmadı. O cür iqtisadiyyatla N.Paşinyan o vədlərin heç birini yerinə yetirməyəcək”.
R.Əliyev onu da söyləyib ki, Azərbaycanla Ermənistan heç vaxt müqayisə edilə bilməz:
"Azərbaycan neçə ildir inkişaf edən ölkədir. Ölkəmizin iqtisadi gücü hər keçən gün daha çox artır. Hətta son illər Azərbaycanın iqtisadi inkişafı iki qat artıb. Buna görə də Azərbaycan sosial, iqtisadi layihələrə qoşulur, iqtisadiyyatına mənfəət qazandırır. Amma Ermənistanda bunların heç biri yoxdur. Artıq Ermənistandakı etirazlar yalnız ağır vəziyyət, işsizlik fonunda bitmir. Hətta hərbi xidmətdə olan əsgərlərin valideynləri də sabitliyi pozur. Erməni əsgərlərin yeməyi, paltarı, şəraitləri bərbad gündədir. Demək olar ki, orduda kriminal hallar baş alıb gedir. Artıq insanlar bu kimi hallara göz yummur. Çünki onlar yemək, geymək, yaşamaq istəyir. Ölkə rəhbəri də heç nə etmir. Nəsə etməyə heç gücləri belə yoxdur. Çünki ölkəni həcmli yardımlardan, diasporalardan gələn vəsaitlərlə əlahi saxlamaq, gələcək üçün nəsə etmək mümkün deyil”.
Millət vəkili onu da bəyan edib ki, Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi Qağlıq Qarabağ münaqişəsidir:
"Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə görə Ermənistanın əl-qolu bağlanıb. Heç bir regional layihələrə qoşula bilmir. Çünki Azərbaycanla münasibətləri pisləşdirdiyi üçün ölkəmizin gerçəkləşdirdiyi bütün layihələr Gürcüstan ərazisindən keçir. Onlar da bundan dividend alır. Amma bütün bunlara baxmayaraq Ermənistan rəhbərləri sərsəm bəyanat verib, torpaqlarımızı qaytarmaqdan üz döndərib, müharibə istəyirlər.
Lakin başa düşmürlər ki, müharibə olsa, Azərbaycan Ermənistana qarşı "Aprel döyüşləri"ndəki qələbəsini təkrar çalacaq. İşğalçı ölkənin rəhbərləri baxmırlar ki, Ermənistan nə gündədir, Azərbaycan hansı vəziyyətdədir. Azərbaycan hər ötən vaxt ordunu gücləndirir. Müasir silah və hərbi texnika təchizatını yaxşılaşdırır. Demək olar ki, Azərbaycan ordusunun büdcəsi Ermənistanın büdcəsindən çoxdur. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edir. Azərbaycan qazı bir çox Avropa ölkələrinə göndərilir. Amma Ermənistan bunların heç birini görmür və ya görməzdən gəlir. Bütün bunlar da Ermənistanın aqibətini heç də yaxşı yönə aparmır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region