Ermənistanın indiki hakimiyyəti ölkəni uçuruma, iflasa aparır
13:21 10.02.2018
Arxiv
680
Artıq beynəlxalq miqyasda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsdiqlənir və etiraf edilir
Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana səfəri çərçivəsində onlarla görüşən xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanı əldə olunan razılaşmalara əməl etməməkdə ittiham edib. Erməni nazir növbəti dəfə həyasızcasına danışıqların baş tutmamasında Bakını günahlandırıb və Azərbaycanın sürətli şəkildə silahlanmasından şikayət edib.
Təxribatçı nazirin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Nalbandyanın bu cür isterik, təşviş və saxta emosiyalarla dolu açıqlaması Ermənistanda qarşıdan gələn seçkilər və onların öz gələcək taleləri ilə bağlı ciddi narahatlıqları ilə əlaqədardır: "Erməni xalqı, o cümlədən xaricdə yaşayan və özünü erməni diasporu adlandıran dairələr yaxşı başa düşürlər ki, Ermənistanın indiki hakimiyyəti Ermənistanı uçuruma, iflasa və yalnız xülyalarda olan müstəqillik və suverenliyə doğru aparır. Reallıqda isə Ermənistanın suverenlik və müstəqilliyindən əsər-əlamət yoxdur”.
Erməni tərəfinin açıqlamasını "Şərq”ə dəyərləndirən siyasi ekspert Zaur İbrahimli deyib ki, 2016-cı aprel döyüşlərindən sonra Ermənistan tərəfi bütün mümkün vasitələrlə təmas xəttində insidentlərin qarşısının alınması üçün müvafiq mexanizmlərin tətbiq edilməsinə çalışır. Ekspertin sözlərinə görə, Sarkisyanın komandası aprel döyüşlərindən sonra baş tutan danışıqlarda məhz bu məsələnin əsas müzakirə predmeti olmasına səy göstərib:
"Azərbaycanın bununla əlaqədar hansısa öhdəliklər götürməsi təkrar-təkrar qeyd edilir. Əsasən də 2016-cı ildə Vyanada və 2017-ci ildə Cenevrədə keçirilən prezidentlərin görüşünə istinad edilir. Halbuki, dövlət başçısı İlham Əliyevin açıqlamalarında və XİN-in bəyanatlarında bu məsələ ilə bağlı hər hansı fikir ifadə olunmayıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçı siyasəti davam etdikdə, ermənilərə qarşı bütün mümkün vasitələrlə işğal olunmuş ərazilərin azad olunmasına çalışacaq. Prezidentin YAP-ın VI qurultayında çıxışı da göstərdi ki, Bakı İrəvana qarşı təzyiqləri davam etdirəcək.
Əslində təmas xəttində vəziyyətə nəzarəti artırmaq üçün texniki vasitələrin tətbiq olunması ideyası vasitəçilər tərəfindən irəli sürülüb. Amma bu yalnız vasitəçilərin təklifidir. Azərbaycan ordusu bir qayda olaraq ermənilərin təxribatının qarşısını alır və bundan sonra da alacaq. Eyni zamanda Azərbaycan dəfələrlə bəyan edib ki, təcavüzkara qarşı hərbi əməliyyatlara başlamaq hüququnu özündə saxlayır. Bununla bağlı hər hansı məhdudiyyət və öhdəlik götürülməsi gündəlikdə deyil. Əksinə, Azərbaycan hərbi potensialını artırmaq üçün davamlı tədbirlər görür”.
Analitik bildirib ki, erməni diplomatiyası bu məsələdə özünəxas üsullarla Azərbaycanı şantaj etməyə cəhd göstərir: "Amma bu səylər çətin ki, nəticə versin. Artıq beynəlxalq miqyasda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsdiqlənir və etiraf edilir. Azərbaycan çox çətinliklə də olsa bu istiqamətdə əhəmiyyəli irəliləyiş əldə edib. İrəvanın ənənəvi müttəfiqləri də, Azərbaycanın güclənən mövqeyi qarşısında Ermənistana əvvəlki kimi yardım etməkdə çətinlik çəkirlər. Azərbaycanın birtərəfli güzəştləri rədd etməsi və öz mövqeyində sabit qalması şübhəsiz ki, İrəvanı narahat etməyə bilməz. Erməni diplomatiyası müxtəlif manevrlərlə təzyiqləri önləməyə çalışırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm