"Ermənistanın işğalçı siyasəti çox çəkməyəcək”






"Ermənistanın havadarları Azərbaycana qarşı ikili standartlar tətbiq edirlər”.

Bu barədə "Sherg.az”a millət vəkili Rövşən Rzayev bildirib. 

O qeyd edib ki, bu ikili standartlar Rusiya, Fransa və ABŞ-da olan erməni diasporaların hesabına reallaşır:

"Azərbaycan ərazilərini işğal ediblər. Minsk qrupunun həmsədrləri, digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək əvəzinə, təxribatçı əməllərə daha da şərait yaradırlar. Ermənistan bundan istifadə edir. Amma Ermənistanın işğalçı olduğu danılmazdır. Erməni rəhbərliyi dəstək hesabına işğalı davam etdirir. Bu, çox çəkməyəcək”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin tert.am-a Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Səfir bildirib ki, münaqişənin tənzimlənməsində yalnız Azərbaycan və Ermənistan razılığa gələ bilər.

Aysel Aslan