Ermənistanın Statistika Xidməti: İki ildə əhali artımı 2,9 dəfə azalıb
05:16 07.09.2021
Arxiv
535
Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-iyul aylarında əhali artımı 1 252 nəfər təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azdır.
“Report” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilir ki, əgər hesabat məlumatları 2019 il yanvar-iyulun göstəricisi ilə müqayisə olunsa, bu, demək olar, 2,9 dəfə az rəqəm təşkil edir. Yəni təbii artım dinamikasında tendensiyalar açıq-aydın pisləşən xarakter daşıyır. Bu prosesdə həmçinin əhali arasında COVID-19-dan ölüm faizinin kəskin artımı da rol oynayıb.
“Ermənistanın daimi əhalisinin say dinamikasına ölkə sakinlərinin artan emiqrasiyası mənfi təsir edir. Bir fakta diqqət edək: - 2018-2020 illərdə və cari ilin yanvar-iyunu ərzində 103,6 min nəfər Rusiyanın vətəndaşlığını qəbul edib. Onlardan 21,9 min insan (və ya ümumi nəticədən 21 %) cari ilin yanvar-iyununda qonşu ölkənin vətəndaşlığını qəbul edib”, - deyə “News.am” yazıb.
Xatırladaq ki, ötən il Ermənistanın 30,5 min vətəndaşı (o cümlədən yanvar-iyunda - 14,1 min nəfər) Rusiya vətəndaşlığını qəbul edib. Qeyd olunan göstəricilərə əsasən proses açıq-aydın artan xarakter daşıyır.
“Ötən ilki rekordun bu il artacağı tamamilə mümkündür. Emiqrasiya prosesinin yalnız Rusiya ilə məhdudlaşmadığı məlumdur. Həm də aydındır ki, reproduktiv yaşda kişilər və qadınlar da daxil olmaqla, əsasən gənc ailələr mühacirət edirlər. Bu, artıq qısa müddətdə ölkənin demoqrafiyasını aradan qaldırıla bilməyən mənfi nəticələrlə təhdid edir”, - agentlik qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya