" Əslində Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündür" - Zərdüşt Əlizadə





"Avropa Dağlıq Qarabağda müharibə olmasını istəmir. Tərəflərin dinc yolla razılığa gəlməsini müdafiə edir”.

Bu sözləri "Sherg.az”a Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqı münasibətləri haqqında sənədə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə söyləyib.

Onun sözlərinə görə, Azərbaycan özünün ərazi bütövlüyünün qorunması prinsipini ortaya qoyur: 

"Avropa İttifaqı çalışır ki, hər iki ölkə onlara əziyyət vermədən münaqişəni həll etsin. Münaqişə Rusiyanın ucbatından həll olunmur. Əslində Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündür. Sadəcə, Rusiya bu iki ölkəni və regiondakı məsələləri Dağlıq Qarabağ münaqişəsi vasitəsilə nəzarətdə saxlayır. Ona görə, məsələ həll olunmur”.

Qeyd edək ki, adıçəkilən sənəddə yazılanlara görə, Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır. Sənəddə o da bildirilib ki, həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur.

Aysel Aslan