Eşq şəhidi Nəsimi
08:52 11.04.2019
Arxiv
764
Nə vaxtsa Nəsimi haqqında məqalə yazacağım ağlıma belə gəlməzdi. Çünki Nəsimi dəryasında boğulmaqdan, onun fəlsəfəsinin vərəqləri arasında itib-batmaqdan qorxurdum. Bu mövzuda özümü hazırlıqsız sayırdım. Nəsimi haqqında bildiklərimi sadəcə "Nəsimi” filmindən əldə etmişdim. Təbii ki, bu məqalə yazmağım üçün kifayət deyildi. Azərbaycanın böyük alimlərinin araşdırmalarını və məqalələrini nəzərdən keçirərkən fərqinə vardım ki, mənim bildiklərim təsəvvür etdiyimdən də az imiş. Nəsimi sevgisi, onun yaradıcılığına olan hörmət məni AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna qədər apardı. Alimlərin, Nəsimişünasların Nəsimi haqqında danışdıqlarına qulaq asdıqca, anladım ki, Nəsimi dəryasında az da olsa üzməyi bacara bilərəm...
Kimdir Nəsimi?! Eşq şəhidi, gizli sirləri qorxmadan yayan bir sənətkar idi Nəsimi. 20 min misranı əhatə edən ədəbi irsinin çox hissəsini ana dilində yazan Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o öz yaradıcılığı ilə təkcə Azərbaycan xalqına mənsub deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi, Uilyam Şekspir yalnız ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti əsərlərində ifadə edib .
Nəsimi yaşadığı dövr çox kəskin idi. Dövrün mahiyyəti ondan ibarət idi ki, xristianlığın min illik hakimiyyətindən sonra elm, elmi təfəkkür oyanırdı, insan oyanaraq özünü dərk edirdi, insan özünə qayıdırdı. Din bununla razılaşmırdı, çünki din hakimiyyətini itirirdi. Elmin sürətli inkişafı nəticəsində Dante, Petrarka, Bruno, bizdə isə Nəsimi meydana çıxırdı. Azərbaycanda Teymurilərə qarşı üsyanların ardı-arası kəsilmirdi. Belə ağır dövlətdə yaşayan Nəsimi 1394-cü ildə Bakıda Nəimi ilə görüşərək ondan hürufilik təriqətini qəbul edir və bu zamandan da başlayaraq hürufilik ruhunda şeirlər yazaraq hər yerdə yayır. Nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi ömrünü yollarda, səfərlərdə keçirərəki acı və işgəncəli bir həyat sürür. Müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir.
İmadəddin Nəsiminin adını əbədiləşdirmək üçün şairin abidəsi ucaldılıb, elm və təhsil ocaqlarına, küçə və rayonlara adı verilib. Ölkə başçısının da İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar 11 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycanda "Nəsimi ili” elan olundu. Bu da, əlbəttə ki, Nəsimi irsinin öyrənilməsini daha da genişləndirəcək. Nəsimi irsini, onun yaradıcılığını, irfan düşüncəsini qorumaq lazımdır. Çünki o, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Fizuli də daxil olmaqla Azərbaycan divan ədəbiyyatının sütunlarından biridir. Nəsimi Azərbaycan xalqının bədii ədəbiyyatının fəxridir və o insanın ölməzlik ideyasının, böyüklük ideyasının ilk daşıyıcılarından biridir. Nəsimi həm də bizim müasirimizdir.
Edama məhkum olan Nəsimi dünyadan köçmədi. O əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poezisiyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub.Onun məzarını dağıdanlar özləri də bilmədən Nəsimini yenidən yaşatdılar. Çünki, onsuz da, laməkan idi Nəsimi. Bu gün məzarı dağıdılsa da, onun məzarı qəlblərdədir...
QƏRBİ KASPİ UNİVERSİTETİNİN DOKTORANTI,
NEFTÇALA RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN DİREKTORU
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm