Əvəz Zeynallı saxlanılıb - YENİLƏNİB





Jurnalist Əvəz Zeynallı saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır: "Sabah onunla görüşəcəyəm. Hələ ki, onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb".


**** 17.45

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı polis tərəfindən saxlanılıb.


Lent.az-ın məlumatına görə, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsi ilə məlumat yayıblar.


Onlar bildiriblər ki, Əvəz Zeynallı Binəqədi 4-cü Polis Bölməsinə aparılıb.