Evlənmək istəyən 94 nəfərdə DƏHŞƏTLİ XƏSTƏLİK aşkarlandı
08:31 03.09.2019
Arxiv
403
Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 20 548 nəfərdə talassemiya daşıyıcılığı, 1866 nəfərdə sifilis xəstəliyi, 542 nəfərdə İİV/QİÇS, aşkar edilib.
"Sherg.az" trend-ə istinadla bildirir ki, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bugünədək nikaha daxil olmaq üçün 592 153 nəfər insan qan müayinəsindən keçib. İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 219 cütlük aşkar edilib.
Z.Əlimirzəyeva əlavə edib ki, yalnız bu ilin yanvar-avqust ayları ərzində 92 340 nəfər qan müayinəsinə cəlb olunub. Onların 2313 nəfərində talassemiya daşıyıcılığı, 94 nəfərində İİV/QICS, 142 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.
Bu ilin 8 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 30 cütlük prenatal müayinəyə cəlb olunub.
Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.
İnstitut direktoru deyib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya