“Bu xəstəliyə düçar olan insanlar daha çox əvvəlki illərə aid hadisələri unudurlar və tədricən real hadisələri də dərk edə bilmirlər”
Əvvəllər hamı bu xəstəlikdən utanırdı
20:16 21.09.2017
Arxiv
589
“Heç kim ata-anasını xəstəxanaya yatırmır, əziyyətini evdə çəkirdi”
“Bu xəstəliyə düçar olan insanlar daha çox əvvəlki illərə aid hadisələri unudurlar və tədricən real hadisələri də dərk edə bilmirlər”
“Bu xəstəliyə düçar olan insanlar daha çox əvvəlki illərə aid hadisələri unudurlar və tədricən real hadisələri də dərk edə bilmirlər”
Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar alzaymır xəstəliyinin artma tezliyi yüksəlib. Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidovanın sözlərinə görə, xəstəliyin simptomları əqli geriliklə müşahidə olunur, yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir.
Bu, sonda intellektin azalmasına səbəb olur: "İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşısını almaq, vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur”.
Alzaymır xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Alzheimer tərəfindən xəstə bir qadında müəyyən edilib. Alzaymır xəstəliyi ilə bağlı insanları məlumatlandırmaq məqsədilə bütün dünyada 21 Sentyabr xüsusi olaraq qeyd olunur.
Alzaymır xəstəliyinin müalicəsi yoxdur, amma bu xəstəliyin diaqnozunu tez qoymaq və inkişafına mane olmaq mümkündür. Yəni məqsəd, irəliləyən dövrlərdə xəstənin həyat keyfiyyətini ən üst nöqtədə tutmaqdır. Hazırda alzaymırın müalicəsi üçün işlər elm adamları tərəfindən davam etdirilməkdədir.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, beyində assosiativ əlaqələrin itməsi bu xəstəliyin başlıca səbəbidir.
Son illər alzeymer xəstələrinin sayının artmasının bütün dünyada müşahidə olunduğunu qeyd edən tibb eksperti deyib ki, bu xəstəliyə düçar olan insanlar daha çox əvvəlki illərə aid hadisələri unudurlar və tədricən real hadisələri də dərk edə bilmirlər:
"Əvvəllər də bu xəstəlikdən əziyyət çəkən insanların sayı kifayət qədər idi. Sadəcə terminoloji adı insanlara bəlli olmadığı üçün statistikası aparılmırdı. Əksər insanlar yaşlanan zaman yaddaşı pozulur, özünü uşaq kimi aparmağa başlayırdı. Mentalitetimiz gərəyi də heç kim ata-anasını xəstəxanalara yatırmır, əziyyətini ev şəraitində çəkirdi. Artıq bu xəstəliyin adı və əlamətləri hər kəsə bəlli olduğundan xəstələrin qeydiyyatı aparılır və onlar tibbi müalicə olunurlar”.
Spirtli içkilərin alzaymır riskini artırdığını vurğulayan professorun sözlərinə görə, alkol beyində qidalanmanı pozur və metobolizmə səbəb olur: "Bundan əlavə xəstəliyin risk faktorlarına əsasən yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə-beyin travmaları və s. göstərmək olar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya