Eynşteynin “xoşbəxtlik düsturu”: Hərracda 1.56 milyon dollara satıldı

Albert Eynşteynin üzərinə "xoşbəxtliyin düsturları”nı yazdığı iki ədəd qeyd, Qüdsdəki bir hərracda 1.56 milyon dollara satılıb.
Eynşteynin həmin qeydləri 1922-ci ildə Yaponiyanın paytaxtı Tokioda səfəri zamanı Nobel mükafatına namizəd olduğunu ona xəbərləyən, çatdıran kuryerə verdiyi bildirilir. Məşhur alim, üzərində pul olmadığı üçün bəxşiş verə bilmədiyi kuryerə "xoşbəxtliyin düsturu”nu yazıb verir. Eynşteyn həmin adama "əgər şanslısansa qeydlər dəyərləndiriləcək” söyləməyi də unutmayıb.
İlk qeyddə "Sakit və sadə bir yaşam özüylə sonsuz narahatlıq gətirən uğurlarımızdan daha böyük xoşbəxtlik bəxş edəcək”.
Digərində isə bu sətir yer alıb: "Məqsəd varsa, ona gedən bir yol da var”.
Alıcının şəxsiyyətinin bilinməsini istəməyən bir Avropalı olduğu bildirilir.