Faiq Ağayevdən təqdirəlayiq addım - Şəhidimiz üçün hamını ayağa qaldırdı (FOTO)

PrimeTime.Az 1 yaşını qeyd etdi. Saytın 1 yaşı münasibətilə keçirilən tədbirə şou-biznesin bir çox nümayəndələri qatıldı. Hətta illərdir biri-birindən küsülü olan müğənnilər də bu məclisdə üz-üzə gəldi.
 Sherg.az xəbər verir ki, mərasimdə sənət adamlarına, tanınmışlara müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olundu. Azərbaycanın xalq artisti Faiq Ağayev «İlin kübar müğənnisi» nominasiyası ilə təltif olunan sənətçi oldu. 
Xalq artisti həmişəki kimi səlis nitqi ilə mərasim iştirakçılarının diqqətini çəkə bildi. 
Beləki, cənab qızıl Şlyager ötən gün keçirilən mərasimdə diplomu qəbul edərkən təsirli çıxışı ilə çoxlarından seçildi. 
Xalq artisti təqdimat mərasimində şəhid oğlumuz Çingiz Qurbanovun nəşinin qaytarılmasınını önəmli bir məqam kimi qeyd etdi və bir dəqiqəlik sükutla şəhidimizin ruhunu anmaq üçün tədbir iştirakçılarını ayağa qaldırdı: 
«Bu gün həm sevinirik, həm də kədərli bir həqiqətlə üz üzəyik. Azərbaycanın şəhid oğlu Çingiz Qurbanovun nəşi prezidentimizin danışıqları nəticəsində qaytarıldı. Şəhidimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla onu yad edək. Var ol, Azərbaycan!» Deyərək mərasim iştirakçılarını ayağa qaldırdı. 
Tahirə Məmmədqızı