"Fənərbaxça" Rusiya, "Beşiktaş" İsrail səfərində- AVROLİQA
16:22 16.02.2017
Arxiv
639
Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, meydana öncə "Krasnodar” və "Fənərbaxça” çıxacaq. Rusiya və Türkiyə təmsilçilərinin duelində kimin üstün olacağı maraqla gözlənilir.
"Mançester Yunayted”, "Feyenoord” və "Zarya” ilə eyni qrupda mübarizə aparmış "sarı-lacivərtlilər” birinci pilləni tutmuşdular. "Şalke”, "Zalsburq” və "Nitsa” klublarına rəqib olmuş "Krasnodar” isə qrup ikincisi kimi adını 1/16 final mərhələsinə yazdırmışdı.
Çempionlar Liqası ilə vidalaşan "Beşiktaş” mübarizəni Avroliqada davam etdirəcək. İsraildə "Hapoel”in qonağı olacaq "qara qartal”ın işi asan olmayacaq. Çünki Beer-Şeva təmsilçisi qrup mərhələsində İngiltərənin "Sauthempton” və İtaliyanın "İnter” klublarını qabaqlayaraq, ikinci yeri tutmağı bacarmışdı.
"Fənərbaxça” və "Beşiktaş” kimi ilk oyununu səfərdə keçirəcək "Osmanlıspor” "Olimpiakos”la üz-üzə gələcək. Mustafa Reşit Akçayın yetirmələri qrup mərhələsində özlərini yaxşı tərəfdən göstərmişdilər. Belə ki, "Osmanlıspor” İspaniyanın "Vilyarreal” klubunun da yer aldığı L qrupunda birinci olmağı bacarmışdı. Ankaralıların bu tempi davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.
Qrup mərhələsində Azərbaycan təmsilçilərindən "Qarabağ”ın rəqibi olmuş "Fiorentina” 1/8 finala adlamaq üçün Mönhenqladbax "Borussiya”sını mübarizədən kənarlaşdırmalıdı. PAOK da Almaniya təmsilçisi ilə duelə çıxacaq. Saloniki təmsilçisi "Şalke” ilə matçda gücünü göstərməyə çalışacaq.
"Qəbələ”nin keçmiş rəqiblərindən "Sent-Etyenn”i ciddi sınaq gözləyir. Belə ki, fransızlar "Old Trafford”a ayaq basacaqlar. "Mançester Yunayted” – "Sent-Etyenn” qarşılaşması Poqba qardaşlarının dueli baxımından da maraq doğurur. "Sent-Etyenn”in müdafiəçisi Florentin Poqba "Mançester Yunayted”in uğurları üçün çalışan kiçik qardaşı Pol Poqbaya qarşı mübarizə aparacaq.
Mərhələnin gərgin mübarizə vəd edən görüşlərindən biri də İspaniyada baş tutacaq. "Vilyareal” E qrupunun birincisi "Roma”nı qəbul edəcək.
UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral
20:00. "Krasnodar” (Rusiya) – "Fənərbaxça” (Türkiyə)
22:00. "Astra” (Rumıniya) – "Genk” (Belçika)
22:00. "Alkmaar” (Hollandiya) – "Lion” (Fransa)
22:00. "Borussiya” (Mönhenqladbax, Almaniya) – "Fiorentina” (İtaliya)
22:00. "Selta” (İspaniya) – "Şaxtyor” (Ukrayna)
22:00. "Rostov” (Rusiya) – "Sparta” (Çexiya)
22:00 "Gent” (Belçika) – "Tottenhem” (İngiltərə)
22:00. "Ludoqorets” (Bolqarıstan) – "Kopenhagen” (Danimarka)
22:00. "Olimpiakos” (Yunanıstan) – "Osmanlıspor” (Türkiyə)
00:05. "Anderlext” (Belçika) – "Zenit” (Rusiya)
00:05. "Atletik” (İspaniya) – APOEL (Kipr)
00:05. "Hapoel” (Beer-Şeva, İsrail) – "Beşiktaş” (Türkiyə)
00:05. "Legiya” (Polşa) – "Ayaks” (Hollandiya)
00:05. "Mançester Yunayted” (İngiltərə) – "Sent-Etyenn” (Fransa)
00:05. PAOK (Yunanıstan) – "Şalke” (Almaniya)
00:05. "Vilyarreal” (İspaniya) – "Roma” (İtaliya)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə