Fərid Şahbazlı: “Gənclər müstəqilliyimizin daha da möhkəmlənməsi üçün çalışmalıdırlar”
10:50 04.02.2019
Arxiv
1041
Bakı Konqres Mərkəzində 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Prezident İlham Əliyev gənclərlə görüş keçirib və onlara öz tövsiyələrini verib.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri, respublika toplantısının iştirakçısı Fərid Şahbazlının "Sherg.az”-a açıqlamasına görə, Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində ölkə gəncliyinə inandığını və güvəndiyini bəyan edib.
Ölkə başçısının da qeyd etdiyimi kimi haqlı olaraq gənclərimizlə fəxr edə bilərik: "Prezident xüsusilə vurğuladı ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür və gənclər müstəqilliyimizin daha da möhkəmlənməsi üçün çalışmalıdırlar. Cənab Prezidentin bu yüksək etimadı gəncliyimizi qürurlandırmaqla yanaşı, məsuliyyətimizi də artırır. Gənclər bundan sonra da öz fəaliyyətləri ilə dövlətin onlara göstərdiyi etimadı doğrultmağa çalışacaqlar".
F. Şahbazlının sözlərinə görə, Prezident İlham Əliyevin nitqi Azərbaycan gənclərinin gələcək fəaliyyətində yol xəritəsi rolunu oynamaqla yanaşı, gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən edib:
"Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.
Birlik sədri bildirib ki, 2 fevral - Gənclər Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir: "Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, həmçinin gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir”.
Onun sözlərinə görə, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir:
"Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda "Gənclər evi”nin, "Gənclər mərkəzi”nin istifadəyə verilməsi gəncliyin uğurlu gələcəyinə hesablanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya