Feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləği 20 dəfə artırılıb
20:21 06.03.2019
Arxiv
687
Rusiya Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Duması ictimai əhəmiyyətli yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Deputatlar Rusiya İnzibati Cəzalar Məcəlləsinin "Kütləvi informasiya azadlığından sui istifadə etmə” bəndinə düzəlişləri təsdiqləyiblər.
İkinci oxunuşda deputatlar KİV-lərdə və internetdə bilərəkdən saxta məlumatlar yayanlara qarşı cərimələrin məbləğini artırıblar. Qanun layihəsinə görə, saxta məlumat yayan vətəndaşlar 30 min rubldan 100 min rubladək, vəzifəli şəxslər 60 min rubldan 200 min rubladək, hüquqi şəxslər 200 min rubldan 500 min rubladək məbləğlərində cərimə oluna bilərlər.
Bundan əlavə, feyk xəbər yaymaqla həyati vacib təşkilatların, o cümlədən nəqliyyatın və ya sosial infrastrukturun, rabitə, energetika, sənaye müəssisələrinin və digər təşkilatların işinə mane olan feyk xəbərlər, habelə insan tələfatına, sağlamlığa və əmlaka ziyan dəyməsinə, ictimai asayişin kütləvi şəkildə pozulmasına səbəb olan saxta xəbər yayılmasına görə cərimələrin məbləği artırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media