“Feysbukda təbliğ olunan məsum qız yalançıdır”
19:41 15.09.2016
Arxiv
478
Kəmalə Ağazadə: “Həmin qız kimsəsizlər evində böyüməyib”
İnternat evlərində böyüyən uşaqların 18 yaşdan sonra buradan məcburən uzaqlaşdırılması və sonrakı talelərinin necə olması hər kəsə bəllidir. Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısı dada bilmədikləri azmış kimi, 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən küçədə qalmaq təhlükəsi ilə üzləşirlər. Bu zaman vəziyyət həqiqətən daha acınacaqlı olur.
Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin getməyə yeri olmadığı üçün onlar həyatın ən böyük əzablarını küçələrdə yaşayırlar.
Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir foto bu məsələnin yenidən müzakirəsinə zəmin yaradıb. Belə ki, sosial media istifadəçilərindən birinin iddiasına görə, 18 yaşı olan qız heç nə yemədiyindən artıq ayağa belə qalxa bilmir, gecə-gündüz parkda yaşamağa məhkum olub: "Bu qızı son 3-4 gündür ki, Nərimanov parkında görürəm. Bu gün yaxınlaşıb bir az söhbət etdim, acından skamyadan dura bilmirdi. Dedim ki, kafeyə gedək, sənə yemək alım. O isə getməyə halı olmadığını dedi. Dönər, kola alıb verdim, deməyinə görə uşaqlığından kimsəsizlər evində qalıb. 18 yaşı olduğu üçün qanuna görə, oradan çıxarıblar. Bir müddət kirayə qalıb, pulu verə bilmədiyi üçün 7-8 gündür evdən çıxıb parklarda qalır. Çox səmimi bir qıza oxşayırdı, başqa yolun yolçusu olmadığı hiss olunurdu”.
Məsələ ilə bağlı məlumatlı olduğunu vurğulayan Kəmalə Ağazadə isə "Şərq”ə açıqlamasında son bir həftə ərzində cəmiyyətə məsum kimi təqdim olunan bu qızın əslində yalançı olduğunu deyib: "Yaxşı olar ki, media nümayəndələri həmin fotoya istinad edib, məsələni qabartmasınlar. Çünki həmin qızın internatda böyüməsi faktı yalandır. Həmin foto yayılandan sonra biz məsələni araşdırdıq və belə bir fakt olmadığının şahidi olduq. Həmin qız kimsəsizlər evində böyüməyib”.
Məlumat üçün bildirək ki, K.Ağazadə 18 yaşını tamamlayan internat uşaqları üçün "Məzunlar evi” yaradıldığını deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlar "Məzun evi”ndə yerləşdirilir: "Hazırda bu sahədə elə bir ciddi problem olduğunu düşünmürəm. Bu isə sevindirici haldır. Çünki həmin uşaqlar müstəqil həyata qədəm qoyarkən artıq kiminsə evində yaşamayacaq və ya heç kimdən asılı olmayacaq. Onlar öz evlərində rahat şəkildə yaşayacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm