Fəzail Ağamalı Cavid Qurbanovu təriflədi - "...bacarıqlı adama dəstək verilməlidir"




Milli Məclisin iclası davam edir. İclasda millət vəkilləri təkliflərini səsləndirirlər. 

Sherg.az-ın xəbərinə görə deputat Fəzail Ağamalı ölkədəki dəmiryol sistemindən razılıq edərək bildirib ki, son il yarımda dəmir yolunda on ildə görülsəsi işlər görülüb: 

"Sumqayıta elektrik qatarı işə salınıb və bu xətt üzrə müasir qatarlar gətirilib, əhali bundan yararlanır. Bundan başq, respublikanın dəmir yollarında ciddi işlər görülülb. Astara istiqamətində, Gürcüstan istiqamətində ciddi təmir işləri gedir. Cənub istiqamətində dəmir yolu artq İran sərhəddinə çatdırılıb. Bu da ciddi əhəmiyyətə mailk bir xəttdir. Mən hesab edirəm ki, bu sahəyə Cavid Qurbanov kimi bacarıqlı adam rəhbərlik edirsə, ona dəstək verilməlidir. Baxmayaraq ki, büdcədən bu sahəyə ayrılan vəsait yetərincə deyil. Axı, 98 milyon manatla hansı işləri görmək və bu işləri müasir dövrün tələblərinə uyğun qurmaq olar? Təbii ki, bu vəsatilə nəzərdə tutulan işləri görmək olmaz. Ona görə də bu sahəyə vəsait ayrılmalıdır ki, işlər daha da sürətlənsin".

Anar