Fişəng əlində partladı, iki barmağı kəsildi – Sumqayıtda




Sumqayıt şəhər sakini İlham Şəfəqətovun əlində pirotexniki məmulat partlayıb.

"Sherg.az"ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrın 31-də Sumqayıt şəhər sakini İlham Şəfəqətovun əlində pirotexniki məmulat partlayıb. Nəticədə xəstəxanaya yerləşdirilən İ.Şəfəqətovun sağ əlinin iki barmağı amputasiya edilib.