Fransa, Almaniya və Britaniya da ABŞ-a qoşuldu
21:34 08.05.2018
Arxiv
850
Bu ölkələr İranla nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıb
Fransa, Almaniya və Böyük Britaniya liderləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıb.
APA-nın "İndependent”ə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron, Almaniya baş naziri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda tərəflər ABŞ-ın bu qərarını kədər və narahatlıq ilə qarşıladıqlarını bildiriblər.
Bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğunu bildirilib. Qeyd edilib ki, İranın nüvə sazişi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəklənir və bütün tərəflər sazişin tam həyata keçirilməsi üçün məsuliyyətlə hərəkət etməlidir.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini isə bildirib ki, saziş 12 illik diplomatiyanın məhsulu və ən böyük qazanmalarından biridir : "Bu müqavilə hamımıza aiddir. Bu müqaviləni beynəlxalq ictimaiyyətlə davam etdirəcəyik. Saziş regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyi baxımından çox vacibdir. Aİ təhlükəsizlik maraqlarını əsas tutur. Biz müqaviləni davam etdirəcəyik”,- deyə o, qeyd edib.
Qeyd edək ki, Donald Tramp ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmadan çıxdığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə