"Fransa münaqişənin sülh yolu ilə həllində maraqlı ölkələrdən biridir"- Analitik






"Fransa BMT tərəfindən təsdiq olunmuş Azərbaycan dövlətinin sərhədlərini, Dağlıq Qarabağ da içərisində olmaqla tanıyıb”.

Bunu "Sherg.az”a Fransanın Avropa və Xarici İşlər Nazirliyinin "Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq" bəyanatını şərh edərkən analitik Arzu Nağıyev söyləyib. 

O qeyd edib ki, Fransa həmsədr olaraq, münaqişənin sülh yolu ilə həllində maraqlı ölkələrdən biridir:

"Lakin unutmaq lazım deyil ki, Fransa hökumətinə təsir edən erməni lobbisi və digər qüvvələr Bako Saakyan kimi qondarma prinsiplərindən istifadə edib, belə addımlar atırlar. Fransa XİN-in belə bəyanatla çıxış etməsi normaldır. 

Çünki qondarma separatçı qurumu yalnız Fransa deyil, Ermənistanın özü də tanımır. Şəxsi məsələləri bu dərəcədə yüksəltmək seçki öncəsi siyasi vasitələrdir. Bu səfərdə də Bako Saakyanın qəbul edilməsi rəsmi səviyyədə baş verib. Azərbaycan XİN də bu səbəbdən nota ilə çıxış etdi.

Əslində belə məsələlər olub və olacaq. Məlum məsələdir ki,  Fransada ermənipərəst qüvvələr daha çox yaşayır və bu məsələlərdən öz siyasi məqsədləri üçün istifadə edir. Düşünürəm ki, Bako Saakyan və onun kimiləri belə oyunlarda siyasi vasitədir”.

Qeyd edək ki, nazirliyin bəyanatında "Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"nı hökümət riayyət etməyə məcbur deyil", - deyə vurğulanıb.

Aysel Aslan