"Fransa polisi ən zorakı metodlarla vətəndaşların sərbəst toplaşmaq hüququnu pozdu"
12:37 11.01.2019
Arxiv
273
"Fransa XİN-in Mehman Hüseynov haqqında Azərbaycana qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibət bildirməsi öz gözündə tiri göməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, yaxşı olar Fransa ilk növbədə "sarı jiletlilər”-ə tutulan divanı xatırlasın. Saxlanılan 4500 dən çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsün. Daha sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə mənəvi haqları ola bilər:
"Paris küçələrində çarəsiz qalmış vətəndaşlar sosial problemlərinin həll edilməsi ilə bağlı mitinq keçirən zaman Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa Konstitusiyasında əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdular. Ölüm hadisəsinə qədər şiddətlənən bu zoraklıq əslində fransız polisinin qəddarlığının ənənəvi təzahürüdür. Çünki bu cür zorakılıq halları tez-tez təkrar olunan hadisədir. Bütün bunlar azmış kimi hazırda dinc nümayişçiləri sərt şəkildə cəzalandırmaq üçün yeni qanun qəbul etməyə hazırlaşırlar ki, bu qanun da Fransa konstitusiyasına zidd olmaqla yanaşı, demokratik dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir. İnsan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Çünki qanun layihəsində mitinq iştirakçılarının xüsusi texniki vasitələrlə etiketlənməsindən tutmuş ictimai asayişə dəyən ziyanın mitinq iştirakçıları tərəfindən ödəniləsinə qədər çox ciddi sanksiyalar nəzərdə tutulur”.
H.Babaoğlu bildirib ki, heç bir demokatik ölkədə vətəndaşa qarşı belə amansız tədbirlər həyata keçirilmir:
"Ona görə də hər şeydən əvvəl Fransa höküməti belə məsələlərə düzgün qiymət verməyi bacarmalıdır. Yoxsa hər addımında ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil. Bu, nə demokratiya və insan hüquqları baxımından, nə də beynəlxalq hüquq və ədalət baxımından doğrudur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks