Fransa səfirliyinin qarşısında piket keçirilib
08:55 20.11.2020
Arxiv
396
Bu gün Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən piket keçirilib.
APA-nın məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış pankartlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol" "Beynəlxalq hüquqa hörmət elə" kimi şüarlar səsləndiriliblər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə heyətinin üzvü Nərgiz Xələf vətəndaş cəmiyyəti adından Fransaya səfirliyinə müraciət üçün gəldiklərini bildirib:
"Fransa senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələyə müzakirəyə çıxarılacaq. Bu, müzakirəyə çıxarılmayacaq bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır. Bu barədə BMT-nin müvafiq qətnamələri var.
Bu məsələnin Fransa senatı tərəfindən müzakirəyə çıxarılmasına Azərbaycan vətəndaş cəmiyyəti olaraq etiraz edirik. 13 təşkilatın təklifi əsasında müraciət hazırlayaraq bu gün Fransa səfirliyinə təqdim etmək üçün burdayıq. Müraciətin səfirlik vasitəsilə senatlığa ötürülməsinə nail olmaq istəyirik".
O, müraciətdən sonra Fransa senatının bu müzakirədən imtina edəcəyinə ümidli olduğunu vurğulayıb.
Piket Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Milli QHT Forumu, İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən təşkil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət