Fransa şirkəti Azərbaycanda dəniz-patrul gəmilərinin tikintisi barədə





Fransanın "Naval Group” şirkəti Azərbaycan hökuməti ilə Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan dəniz-patrul gəmisinin tikintisi ilə bağlı danışıqlar aparır.

Bu barədə özəl olaraq Trend-ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, OPV 90 gəmisi mülki və hərbi missiyaların yerinə yetirilməsi üçün kompleks imkanlar təqdim edəcək.

Bu gəmilər Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin çevik reaksiya imkanlarını genişləndirəcək:

"Gəmilər "Naval Group” ekspertlərinin iştirakı ilə tamamilə Azərbaycanda gəmiqayırma zavodunda tikiləcək”.

"Naval Group”dan bildiriblər ki, şirkət Azərbaycana tələb olunan təhlükəsizlik və sənaye sərbəstliyi verməklə strateji tərəfdaşlıq təklif edir.