“Fransadakı erməni diaspor təşkilatları bu prosesin qarşısını ala bilmir” – Təşkilat sədri
11:29 19.06.2019
Arxiv
691
"Qondarma "DQR”-lə imzalanmış müqavilələrin fransız məhkəmələri tərəfindən bir-birinin ardınca və həm də gözlənilmədən ləğv edilməsini Fransadan Ermənistana vurulan şok zərbə kimi qiymətləndirirəm”.
Bunu "Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədrinin sözlərinə görə, ermənilər bu qeyd-şərtsiz reallıqla barışmağa məcbur və məhkumdurlar:
"Ermənilər Qarabağdakı separatçı rejimlə ayrı-ayrı fransız şəhərləri arasında "dostluq və əməkdaşlıq xartiya”larının imzalanmasını, eləcə də qondarma "erməni soyqırımı"nın dünya ölkələrinin parlamentləri tərəfindən tanınmasını az qala toy-bayram edirdilər. Ancaq indi situasiya kökündən dəyişib. Əlbəttə, ermənilərin xeyrinə olmayan istiqamətdə dəyişib.
Sözügedən xartiyalar bir-birinin ardınca ləğv edilir. Qondarma "erməni soyqırımı"nın müxtəlif hiylə və rüşvətlə ələ alma yoluyla dünya xalqlarına sırınması prosesi də artıq dalana dirənib. Belə demək mümkündürsə, dünya erməni nağıllarından doyub. Hazırda erməni diaspor təşkilatları, erməni lobbisi və Ermənistanın iqtidar və müxalif siyasi qüvvələri baş verən son proseslərlə bağlı dərin təşviş keçirirlər. Erməni cəmiyyətində məyusluq hiss olunur. Erməni siyasətçiləri isə "həyəcan təbili" çalmağa başlayıblar”.
Təşkilat rəhbərinin sözlərinə görə, Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovannisyanın etirafları bütün həqiqətləri ortaya qoyur:
"Hovannisyanın sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları artıq bu prosesin qarşısını ala bilmir: "Səylərimiz nəticə vermir, Fransadakı diaspor təşkilatlarımız da öz vaxtlarını boş yerə xərcləyir. Ətrafımızda baş verən prosesləri görmürük, bu məsələlər heç kəsi maraqlandırmır".
Hovannisyan həmçinin, Ermənistanın təhlükə qarşısında qaldığını və ən böyük müttəfiqlərdən biri olan Fransanın da, bu ölkədən üz çevirdiyini bildirib. Onun sözlərinə görə, separatçı Qarabağ rejimi və Fransanın müxtəlif şəhərləri arasında imzalanmış dostluq müqavilələrinin Fransa məhkəmələri tərəfindən bir-bir ləğv edilməsi "yaxşı təşkil edilmiş və Ermənistanı təhdid qarşısında qoyan kampaniyadır".
Ə.Hüseynov vurğulayıb ki, baş verənlər həm də Fransanın Paşinyana necə deyərlər "sarı vərəqə" göstərməsi kimi qəbul edilməlidir:
"Erməni xəbər portalı "Zham" son vaxtlar Fransa-Ermənistan münasibətlərinin çat verməsini və o cümlədən sözügedən xartiyaların ləğvini Paşinyanın siyasi iflası kimi dəyərləndirib. Biz bu prosesləri Fransanın Qarabağ "yuxu"sundan ayılması və həqiqətləri dərk etməsi kimi də qəbul edə bilərik. Bu məsələdə heç şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əməyini də xüsusi qeyd etməliyik. Məhz Mehriban xanımın rəsmi Parislə qurduğu intensiv diplomatik əlaqələr və davamlı siyasi müzakirələrin nəticəsində Fransa hökumətinin məsələyə münasibətində kardinal dəyişikliklər baş verdi. Makron administrasiyası Azərbaycanın haqlı mövqeyinə anlayışla yanaşmağa başladı”.
Politoloqun fikrincə, bədnam xartiyaların ləğvi heç şübhəsiz, erməni diaspor təşkilatları üçün də olduqca ağır zərbə oldu:
"Bu mənada onların da narahatlığını başa düşmək olar. Çünki baş verən olaylar erməni diaspor təşkilatları üçün sonun başlanğıcı hesab olunur. Bu hadisələr erməni diaspor təşkilatlarının bütün dünya miqyasında parçalanmasına gətirib çıxaracaq. Onlar artıq əvvəlki sxem əsasında işləyə bilməyəcək. Odur ki, qarşıdakı aylarda dünya erməni diaspor hərəkatını kritik hadisələr gözləyir. Paşinyanın çabalayan və laxlayan hakimiyyəti isə bütün bu baş verənlərin qarşısını almaqda acizdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ukrayna fondu faydalı qazıntılar üzrə ilk sazişini bağlayıb
01:21 03.10.2026
Gündəm
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol