“Fransanın Ermənistandan üz çevirməsi onu göstərir ki, düşmən dayaqlarını itirir”
15:23 21.07.2018
Arxiv
484
"Fransa Avropa İttifaqının (Aİ) ən nüfuzlu üzvüdür. Aİ-nin iqtisadi mənbəyi Almaniya hesab olunursa, bu təşkilatın siyasətini müəyyənləşdirən dövlət Fransadır”.
Bunu "Sherg.az”a millət vəkili Aydın Hüseynov söyləyib.
O xatırladıb ki, Fransa həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir:
"Azərbaycanın apardığı siyasət, Prezident İlham Əliyevin atdığı böyük siyasi-diplomatik addımlar Azərbaycanın dünyada nüfuzunu daha da artırır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm dövlətlərdən birinə çevrilir. Ən güclü erməni lobbisinin yerləşdiyi ölkə Fransadır. Artıq Fransa kimi bir dövlətin Ermənistandan üz çevirməsi göstərir ki, düşmən dünyada dayaqlarını itirir. İşğalçı ölkə olaraq yeritdiyi siyasət, dövlət olaraq atdığı addımlar heç bir ölkə tərəfindən qəbul olunmur. Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycan Ermənistanın cinayətlərini, işğalçılıq siyasətini dünyaya çatdırmaqla bu dövləti təcrid edəcək. Bütün regional layihələrdən təcrid olunan Ermənistanı artıq siyasi arenadan təcrid olunması siyasəti başlayıb. Düşmən işğalçılıq siyasətindən əl çəkməsə, bütün dünya ondan üz döndərəcək. Artıq Rusiya və Fransa lazımi addımları atır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Ölkə başçısı Azərbaycan xalqının, dövlətimizin maraqlarını ifadə edərək bütün dünya qarşısında öz siyasi xəttini davam etdirir”.
Qeyd edək ki, ötənlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfəri baş tutub. Təsadüfi deyil ki, artıq erməni mediasında Fransanın Ermənistana xəyanətetməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsinə azərbaycanpərəst mövqe tuta bilməsi haqda əks- təbliğat aparılmaqdadır. Bu Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənisstanın dərin narahatlıq keçirdiyini göstərir. Məlumat üçün bildirək ki, Prezidentin səfəri dünən başa çatıb.
Aysel , Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya