“Fransanın həmsədrlikdən uzaqlaşdırılmasıyla bağlı hüquqi prosedur işə salınmalıdır” - Deputat
"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir.Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir.Ona görə də Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standarlara yol verir ,terroristə cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır”.
Bunu "Sherg.az”a Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən millət vəkili, siyasi elmlər doktoru Hikmət Baboğlu bildirib.
Deputatın sözlərinə görə, bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik seperatizmi təşviq etmiş olur:
"Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur.O zaman əgər gələcəkdə Korsikadakı seperatizm kimlərsə tərəfindən dəstəklənəcəksə Fransa günahı elə özünün yanlış siyasətində görməlidir.Ümumiyyətlə təəssüf edilməli haldır ki ,ATƏT-in Minsk Qrupunun həmsədri oln bu ölkə artıq xeyli zamandır ki ,Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb . Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir.
Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçiri tam əksinə çox açıq şəkildə postovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir.
Məsələn Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir.Ancaq Bako Saakyanlar bu Avropa ölkəsində sərbəstcə dolaşır ,görüşlər keçirir,ianələr toplayır.Bu yolverilməzdir.Bütün bunlar azmış kimi Fransanın xeyli sayda şəhəri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır.Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq kimi quru diplomatik ifadələrlə cavab verir.Əslində isə bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik seperatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir”.
Deputatın fikrincə. tərəfsizliyini itirdiyinə görə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasıyla bağlı hüquqi prosedur işə salınmalıdır:
"Lazım gələrsə, ölkəmizdə fəaliyyət göstərən çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması məsələləri nəzərdən keçirilməlidir.Əks təqdir də bu tipli gizli dəstəklər gələcək də açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki , bu da nəinki Azərbaycan üçün ,bütövlükdə Avropada ,İspaniyada, Belçikada , İsveçrəd, Almaniyada və.s. etnik seperatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər.
Bu da bütün dünayda yeni çaxnaəmaya səbəb olar .Ona görə də Avropa İttifaqına üzv olan dövlətələr də daxil olamqla beynəlxalq təşkilatlar da Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər.Fransa unutmamalıdır ki ,həm ikitərəfli qaydada həm də Avropa İttifaqı ilə tərəfdaşlıq momerendumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur.
Qeyd edək ki, Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atmışdır.
Ayyət Əhməd