Fuad Poladov: "Üç ay əvvəl diaqnoz qoyulub" - YENİLƏNİB
08:21 19.09.2017
Arxiv
872
"Artıq üç aydır mənə ağciyər xərçəngi diaqnozu qoyulub. Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.
Bunu APA-ya açıqlamasında xalq artisti Fuad Poladov deyib.
Onun sözlərinə görə, hazırda müalicəsi davam edir: "Mütəmadi müalicə alıram. Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Öz həkimlərimizə inanıram".
***
11.42
Azərbaycanın xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub. Kulis.azın APA TV-yə istinadən verdiyi məlumata görə, tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.
APA TV-nin məlumatına görə, səhhətində ciddi problemlər olan Fuad Poladov bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrında yeni mövsümün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.
Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. Onun durumunun hansı ağırlıqda olduğu bəlli deyil. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir, bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya