Gələn il "Qarabağın azadlığı ili" olsun: "Ermənistan təklənib, Azərbaycan təzyiqi artırmalıdır"




Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Qarabağ məsələsindən danışıb. Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, dekabrın 12-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə böyük uğur və qələbədir: 

"Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul etdi. Biz adətən görürdük ki, Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırdı. Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə dolayısı yolla ermənilərə dəstək verirdilər. İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib saydı. Bu ,Azərbaycan parlamentinin böyük uğurudur. Mən Cavanşir Feyziyev başda olmaqla bu tədbirdə iştirak edən həmkarlarımızı təbrik edirəm. Hesab edirəm ki, son dövrlər ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib. Düşmən ölkə hətta öz müttəfiqlərini itirir. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!". 

Anar