Gəncədə dağıntılar altında qalan fəhlənin adı məlum olub - YENİLƏNİB




Gəncədə dağıntılar altında qalaraq dünyasını dəyişən fəhlənin adı məlum olub.

ONA-nın yerli bürosunun məlumatına görə, bu, Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham adlı şəxsdir.

O, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış.

***

Saat 20:45

Gəncə şəhərində fəhlə bədbəxt hadisəni nəticəsində həyatını itirib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə "Dubay bazarı" adlanan ərazidə qeydə alınıb.

Bildirilir ki, həmin ərazidə gedən tikinti işləri zamanı fəhlələrdən biri dağıntılar altında qalaraq can verib.

Hazırda onun kimliyi və digər təfərrüatlar araşdırılır.