
Gəncədə partlayış nəticəsində 1 nəfər hərbçi dağıntılar altından sağ çıxarılıb- FOTO+ Video
05:51 20.11.2018
Arxiv
588
Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb. Bu barədə Trend-ə özəl olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.
P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.
Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.
X X X
09:18
Gəncədə yaşayış binasında baş verən partlayış zamanı daha 1 nəfərin dağıntılar altda qaldığı ehtimal edilir.
Trend-in məlumatına görə, yaşayış binasının partlayış baş verən giriş blokunun 1-ci mərtəbəsində 2 nəfər kirayədə yaşayırmış. Hadisədən sonra həmin şəxslərdən birinin meyiti dağıntılar altından çıxarılsa da, digər bir nəfərin axtarışları davam etdirilir.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Məlumata görə, 4 mərtəbəli yaşayış binasının 1-ci blokunun üst mərtəbələrində yaşayış olmayıb.
Xatırladaq ki, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual