Gənclərə xəstəliyi izah olunub: Talassemiya daşıyıcısı 7 cütlük nikahdan, 2 cütlük isə hamiləlikdən imtina edib
13:40 16.09.2016
Arxiv
440
"Azərbaycanda aparılan tibbi müayinələr zamanı qan xəstəliyi aşkarlanan daha bir cütlük hamiləlikdən imtina edib”.
Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb və anası-atası xəstə olan döldə də qan xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, gənclərə bu barədə məlumat verilib və xəstəliyin ciddiliyi onlara izah olunub: "Nəticədə onlar hamiləliyi pozmağı qərara alıblar. Bir müddət öncə də hər ikisində xəstəlik aşkarlanan cütlüklərdən biri hamiləlikdən imtina edib. Bununla da xəstəlik səbəbindən hamiləliyi pozan cütlüklərin sayı 2 olub. Nikah öncəsi daşıyıcılıq aşkarlanan ailələrdən hamiləlik zamanı 30-a yaxın döldə genetik müayinə aparılıb. Onlar da ya daşıyıcı, ya da sağlam uşaqlardır”.
İnstitut direktoru vurğulayıb ki, bu vaxta kimi hər ikisində qan xəstəliyi aşkarlanan 7 cütlük nikaha daxil olmaqdan imtina edib. Z. Əlimirzəyeva əlavə edib ki, bu günlərdə hər ikisində xəstəlik aşkarlanan cütlüyün isə övladı dünyaya gəlib. Sentyabrın 6-da dünyaya gələn uşaqda heç bir kənara çıxma, anomaliya yoxdur: "Uşaq normal doğulub. Hamiləlik vaxtı aparılan müayinə ilə körpədə talassemiya daşıyıcılığı üzə çıxıb. Körpə valideynləri kimi daşıyıcı olsa da, sağlamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm