"Gənclərimizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb"

"Hazırda görülən işlər, gələcək üçün müəyyənləşdirilən prioritetlər gənclər üçündür. Dövr, zaman özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri budur ki, gənclik hər zaman qalib olub".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov bildirib.
O qeyd edib ki, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər:
" Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Gənclərimizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Heydər Əliyev siyasətinin son 15 ildə uğurla davam etdirilməsi Azərbaycanı ən yüksək zirvələrə qaldırıb"
Ayyət Əhməd