Gənclərin ali məktəblərə daxil olma şansı artır
15:53 16.02.2017
Arxiv
912
"Nazirliyin təklifinin qəbul olunması gənclərin ali məktəbə daxil olmaq şansını artırır”.
Bunu Sherg.az-a tələbələrin bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinin birinci kursuna müsabiqədənkənar qəbul olunması haqqında Təhsil Nazirliyinin təklifini şərh edərkən, təhsil eksperti Şahlar Əsgərov deyib.
O bildirib ki, nə qədər çox gənc ali məktəbdə təhsil alsa, o qədər yaxşıdır:
"Çünki universitetlər mədəni mühitdir. Həmin tələbələr də mədəni mühitdən keçir. Abituriyentlərin şəxsiyyət kimi formalaşmasında universitetlər böyük rol oynayacaq, onlar düşünüb ixtisas seçəcək, ali savad əldə edəcəklər. Təklifə əsasən qəbulun ödənişli müəyyən olunması daha yaxşıdır. Düşünün ki, bir abituriyentin atası Azərbaycandan kənarda ticarətlə məşğuldur, pul qazanır. Amma ata nəzarəti olmadığına görə uşaq zəif oxuyub. O zaman valideyn müəyyən vəsait qoymaqla övladının itirilmiş biliyini bərpa edə bilər. Bununla artıq təhsilə investisiya qoyulması, pulun biliyə çevrilməsi baş verəcək”.
Qeyd edək ki, Təhsil Nazirliyinin Nazirlər Kabinetinə göndərdiyi təklifində ali məktəblərdə hazırlıq fakültələrinin təşkili qeyd olunub. Təkliflərə əsasən, hazırlıq fakültələri özəl və regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər. Bütün ixtisaslara şamil edilməyəcək qruplarda təhsil yalnız ödənişli əsaslarla aparılacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə