"Gərginliyi yaradan məhz işğalçı Ermənistandır" - Professordan ŞƏRH
14:30 14.11.2018
Arxiv
500
"Azərbaycan tərəfi cəbhə xəttində gərginliyin tərəfdarı deyil. Biz sadəcə olaraq torpaqlarımızın azad olunmasını istəyirik”.
Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, əslində gərginliyi yaradan tərəf məhz işğalçı Ermənistandır:
"Rəsmi Bakı xarici işlər nazirlərinin görüşünə heç vaxt etiraz etməyib. Həmişə ədalətli mövqe tutmuşuq və beynəlxalq hüquq normalarına sadiq olmuşuq. Ermənistan isə qeyri-konstruktiv mövqe sərgiləyib və əsassız bəyanatlar səsləndirib.
Əgər iki tərəf görüşürsə, masada konkret məsələlər müzakirə olunmalıdır. Elə-belə bir araya gəlib əl sıxmaqla, stol arxasına oturmaqla, daha sonra isə mətbuata açıqlama verməklə problem həll olunmur.
Münaqişə tərəfləri təmas öncəsi gündəliyi konkret müəyyən etməlidir ki, görüşdə hansı məsələlərdən söhbət açılacağı bəlli olsun. Bilməliyik ki, ermənilərin məqsədi, planı nədir. Əks halda görüşlərdən hansısa fayda və ya nəticə gözləmək əbəsdir”.
Professorun fikrincə, həmsədrlər öz missiyalarına uyğun olaraq münaqişə tərəflərini masa arxasına əyləşdirməyə çalışırlar:
"Minsk qrupunun yaradılma məqsədi budur. Vasitəçilər hesab edirlər ki, mütəmadi görüşlər təmas xəttində gərginliyi azaldır. Görünür, ilin axırı olduğu üçün özlərinə hesabat hazırlayırlar. Ona görə də nəticəsinin necə olacağından asılı olmayaraq tərəfləri bir araya gətirməyə cəhd göstərirlər”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşə bilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir”.
Kənan,
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya