Girovlardan xəbər var- Dilqəmi Şahbazın yanından aparıblar




İki ildən çoxdur ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsəgrov və Şahbaz Quliyevin səhhəti ilə bağlı ailələri narahatdır.

Qeyd edək ki, 2014-cü ildə girov götürülən həmyerlilərimizin ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyindən yardım da istəmişdilər. Amma girovlardan yeni məlumat gəlməyib.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev Sherg.az-a bildirib ki, sonuncu dəfə 15 gün bundan qabaq girovdan xəbər alıblar: 

"Hər zamankı kimi məktubda eyni cür yazılar yazılıb. Düzdür, şükürlər olsun, səhətində heç bir porblem yoxdu. Yəni dediyinə görə səhhəti yaxşıdır. Sadəcə o indi təkdi. Dilqəmi yanından aparıblar. Dilqəm barədə isə heç nə bilmirik. O xəstələndiyi üçün onları daha bir yerdə saxlamırlar”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barəsində "hökm” çıxarıb.

Yeganə