“Əgər atam məktub göndərmək istəmirsə, səhhətində də heç bir problem yoxdursa, o zaman bir fotosunu, qısa videosunu çəkib bizə gətirsinlər”
Girovun oğlu Qızıl Xaça inanmır
10:52 21.07.2018
Arxiv
500
“8 aydır atamdan məktub gəlməməsi nə deməkdir axı?”
“Əgər atam məktub göndərmək istəmirsə, səhhətində də heç bir problem yoxdursa, o zaman bir fotosunu, qısa videosunu çəkib bizə gətirsinlər”
“Əgər atam məktub göndərmək istəmirsə, səhhətində də heç bir problem yoxdursa, o zaman bir fotosunu, qısa videosunu çəkib bizə gətirsinlər”
Beynəlxalq Qızıl Xaç Komitəsi 4 ildir erməni girovluğunda saxlanılan kəlbəcərli Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmamasına münasibət bildirib. BQXK-nin Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram deyib ki, təmsil etdiyi qurum münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə həyata keçirir:
"Beynəlxalq Qızıl Xaç Komitəsi şərait yaradır ki, saxlanılan şəxslər ailələri ilə əlaqə saxlasın. Lakin saxlanılan şəxslərin və onların ailə üzvlərinin bu təklifdən imtina etmək hüquqları da var. Bu, onların öz qərarıdır və əgər onların arzusu yoxdursa, biz nə ailələri, nə də saxlanılan şəxsləri buna məcbur edə bilərik. Əgər saxlanılan şəxs ailəsindən məktub alıbsa və cavab yazmaq hüququndan imtina edirsə, biz bu barədə ailəyə məlumat veririk. Lakin biz bunu ictimailəşdirmirik”. Ramın sözlərinə görə, BQXK-nin saxlanma yerlərinə baş çəkməsi sırf humanitar xarakter daşıyır: "Silahlı münaqişələr olduqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə Konvensiyalarına əsaslanmış mandatı var ki, saxlanılan şəxslərə baş çəksin. Komitə saxlanılan şəxslərin azadlıqdan məhrum edilməsinin səbəblərini araşdırmır və ya sual altında qoymur. Bu, bizim mandatımıza uyğun deyil. Bizim mandatımız saxlanılan şəxsin saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, həmçinin onların ailələri ilə əlaqələrinin bərpasını təmin etməkdən ibarətdir. Saxlanılan şəxslərin saxlanma şəraiti və ya onlara qarşı rəftarla bağlı şikayətlər olarsa, biz aidiyyəti qurumlarla müzakirələr aparırıq.
Komitənin məlum açıqlaması ilə bağlı "Şərq”ə danışan, kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, aylardır atasından xəbər ala bilməməsi ailəni ciddi narahat edir:
"8 aydır atamdan məktub gəlməməsi nə deməkdir axı? Beynəlxalq Qızıl Xaç Komitəsinin işçiləri hər dəfə mənə deyirlər ki, atanız özü məktub yazmaq istəmir. Mən də onlara deyirəm ki, yaxşı, əgər atam məktub göndərmək istəmirsə, səhhətində də heç bir problem yoxdursa, o zaman bir fotosunu, qısa videosunu çəkib bizə gətirin. Biz də görək ki, atamın vəziyyəti normaldır və səhhəti pis deyil. Elə nə deyiriksə, cavab verirlər ki, atanız özü istəmir. Video çəkmək söhbətinə isə çalışacaqlarını deyərək yola verirlər. Əslində isə 2 aydan bir atamdan video gəlməlidir”.
K.Əsgərov Komitəyə inanmadığını söyləyib:
"Dəqiq deyə bilmərəm ki, BQXK-nin əməkdaşları bizə yalan və ya doğru məlumat verirlər. Hər dəfə soruşurlar ki, "bizim dediklərimizə inanmırsan?”. Deyirəm ki, yox. Sizə inanmağım üçün mənə dəlil, sübut gətirin. Başqa cür mən onlara necə inanım?! 8 aydır atamdan heç bir xəbər ala bilmirik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm