Yolun kənarında dayanan adamlar qollarını yola uzadıb nərə balığı satırlar. O nərə balıqları hansılardır? Onları Ekologiya Nazirliyi xüsusi yerlərdə yetişdirir və Xəzər dənizinə buraxır ki, artsınlar. Lakin onlar dənizə ada
Gizli tutulur, gizli satılır...
Biz balıq üzünə həsrət qalası xalqıq
Yolun kənarında dayanan adamlar qollarını yola uzadıb nərə balığı satırlar. O nərə balıqları hansılardır? Onları Ekologiya Nazirliyi xüsusi yerlərdə yetişdirir və Xəzər dənizinə buraxır ki, artsınlar. Lakin onlar dənizə ada
Yolun kənarında dayanan adamlar qollarını yola uzadıb nərə balığı satırlar. O nərə balıqları hansılardır? Onları Ekologiya Nazirliyi xüsusi yerlərdə yetişdirir və Xəzər dənizinə buraxır ki, artsınlar. Lakin onlar dənizə ada
Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olması hamıya məlumdur. Balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan bədəni üçün zəruri olan maddələri ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Mütəxəssislərin qənaətincə, hər bir orta yaşlı insan il ərzində ən azı 15-20 kiloqram balıqdan istifadə etməlidir. Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36 faiz azaltdığını ortaya qoyur. Yağlı balığın tərkibində daha çox omeqa 3 olması səbəbi ilə daha faydalı olduğu tədqiqatlardan çıxan bir başqa nəticədir. Mütəxəssislər sağlam bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür.
Balıq zülal, D vitamini və mikroelementlər baxımdan mükəmməl qida qaynağıdır. Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir. Sağlam diş və diş ətinə faydalıdır. Dəri rəngini gözəlləşdirir. Saçların daha dayanıqlı olmasını təmin edir. Bakterial infeksiyalarda müqaviməti artırır. Qandakı xolesterolu nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Nişasta və yağların parçalanaraq bədəndə istifadəsinə kömək edir. Oynaq sağlamlığına faydalıdır. Şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir. Yanıq müalicəsində və miqren xəstələrində, qlaukoma (göz içində təzyiqin artması səbəbilə meydana gələn korluq) müalicəsində faydası var.
Min bir dərdin dərmanı olan balığın qonşu Türkiyədə hər gün satış qiymətləri, insanların ona tələbatı, balıq bazarlarında olan müştərilərin sıxlığı ilə bağlı efirlərində, mediasında xəbərlərə rast gəlirik. Amma nədənsə, ölkəmizdə bir çox xəstəliyin şəfa mənbəyi olan bu qida məhsulundan az istifadə olunur. Əsasən də antisanitar və gigiyenik tələblərə cavab verməyən yerlərdə, məsələn, piyada keçidlərində, metro stansiyaları yaxınlığında satılan süni şəraitdə yetişdirilən balıqların alıcısı demək olar ki, çox azdır.
Balığın həqiqətən də faydalı olduğu fikrini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq" açıqlamasında deyib ki, bizdə balıq məhsullarından istifadə problemlidir:
"O mənada ki, Azərbaycan vətəndaşları, ümumiyyətlə, balıq üzünə həsrətdirlər. Məsələn, xırda bir detal açıqlayım. O vaxt Sabirabad rayonunda mexanizator böyük bir su höfzəsinə zəhər buraxıb. Su höfzəsi ağappaq zəhərlənmiş balıqla doludur. Sahə müvəkkili də kənardan bu mənzərəyə baxırdı. Yaxınlaşıb dedim nəyə baxırsan? 5-6 dənə balıq tutmaqdan ötrü bütün gölə zəhər buraxılıb. Təsəvvür edin 3 gün fasiləsiz olaraq ölü balıqlar axdı. İndi də hər il o yerlərdən məlumat alıram. Məlum olur ki, balığın kökü kəsilib, amma yenə də o işlə məşğul olurlar. Mexanizatorlar su höfzəsinə zəhər buraxır ki, 5-10 dənə balıq tutsunlar, bütün qalan balıqları öldürürlər. Ona görə deyirəm ki, bizim xalq balıq üzünə həsrət olmalı xalqdı. Çünki özümüz balıq resurslarını məhv etmişik. Bakı-Quba yolunda da görürük ki, yolun kənarında dayanan adamlar qollarını yola uzadıb nərə balığı satırlar. O nərə balıqları hansılardır? Onları Ekologiya Nazirliyi xüsusi yerlərdə yetişdirir və Xəzər dənizinə buraxır ki, artsınlar. Lakin onlar dənizə adaptasiya olunmamış brokonyerlər onu tutub satırlar”.
E.Hüseynov digər problem kimi Xəzərdə dəniz torlarından istifadə olunmasını göstərir:
"Dəfələrlə bununla bağlı nazirliyə müraciət etmişəm ki, bu torların Azərbaycana gətirilməsinə son qoyulsun. Çünki bu torlar birdəfəlik torlardır, dənizin içərisində qalır, balıqlar ona ilişib ölürlər”. Ekspert maraqlı bir əhvalat da nəql edib:
"O vaxt Hacı Zeynalabdin Tağıyev şəhərdə balığın azlığını görərək camaatın gözünün qabağında gedir böyük bir balığın quyruğuna qiymətli daş bağlayıb atır dənizə. İki gündən sonra şəhərdə balıq bolluğu əmələ gəlir”. Özünün də balıq həvəskarı olduğunu deyən E.Hüseynov vurğulayıb ki, bir çox dəniz sahilində yerləşən xarici ölkə şəhərlərində böyük bazarlar var: "Türkiyə, Portuqaliya, İndoneziyanın, Fransanın dənizkənarı şəhərlərində balıq bazarları yaradılıb. Məsələn, Marsel şəhərində saat 7-dən 12-yə qədər balıq satılır. Türkiyədə də böyük balıq bazarı var. Lakin Azərbaycanda balıq bazarı təşkil oluna bilmir. Baxmayaraq ki, Azərbaycan təbii sərvətləri ilə zəngin bir ölkədir və həm də Xəzər dənizi var, amma bizdə balıq bazarları yoxdur. Təəssüf ki, bizdə balıq bazarı brokonyerlərin, polis rəislərinin əlindədir. Gizli tutulur və elə gizli də satılır. Bir məsələni də deyim ki, əslində bu gün bizdə balıqlar elə bir yerdə saxlanılır ki, bizə xeyir yox, zərər gətirir.
Biz balıqların maşın təkərlərinin içərisində yetişdirildiyini də görmüşük. Göllərdə yetişdirilən balıqlarla bağlı da problem var. Bizə ötən illərdə ərizə gəldi ki, göldəki balıqlara insan peyinləri verilir. Bu barədə dövlət orqanlarına məlumat verdik. Onlar da bizə məlumatların doğru olmadığını, yazan adamları da yalançı olmaqda günahlandırdılar”.
Birlik sədri təsdiq edir ki, ölkədə balıq qıtlığı yaşanır:
"Bu gün mən "Təzə bazar”da baxmışam, ən qadağan olunmuş balıq növləri orada satılır. Hətta qara balıq kürüsü satılır. Bunların qarşısı alınmalı, balıq sənayesi ilə məşğul olan müəssisələr yaradılmalı, balıq bazarları yaradılmalıdır”.
İlahə Əhmədqızı