Görkəmli şəxslərin və şəhidlərin adı əbədiləşdiriləcək: Komissiya yaradılıb
20:51 03.04.2019
Arxiv
485
Nazirlər Kabineti "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” qərar verib.
ONA-nın məlumatına görə, qərara əsasən görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiya yaradılıb.
Komissiyanın sədri baş nazirinin müavini, Komissiyanın katibi Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri olacaq. Komissiyanın üzvləri müdafiə nazirinin, daxili işlər nazirinin, mədəniyyət nazirinin, gənclər və idman nazirinin, təhsil nazirinin, səhiyyə nazirinin, maliyyə nazirinin və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, Dövlət Turizm Agentliyinin sədrinin və Milli Arxiv İdarəsinin rəisinin müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri olacaq.
Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılacaq və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim ediləcək.
Bu Qərardan irəli gələn digər məsələlər "Nazirlər Kabinetinin iş qaydası”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2017-ci il 10 oktyabr tarixli aərmanına əsasən həll edilir. Nazirlər Kabinetinin "Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli qərarları ləğv edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media