Göyçayda 15 yaşlı qızı maşın vurdu




Göyçayda azyaşlı qızı avtomobil vurub. Trend-in məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.
Rayonun Şəadət kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Aynaz Toğrul qızı küçədə yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.