Gözəl görünmək istədi: burun və dodağını itirmə təhlükəsi ilə üzləşdi
07:04 22.06.2021
Arxiv
571
Görünüşünü yaxşılaşdırmaq üçün kosmetoloqa müraciət edən qadın bu qərarının acı nəticələrini bölüşüb.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Liverpul sakini Liya Morton xüsusi bir dolğu vasitəsi ilə burun şəklini dəyişdirmə proseduru həyata keçirib. Ancaq sonra burnunda ağrı hiss edib və narahatlıq səbəbindən bütün gecəni yata bilməyib.
Səhəri qadın gözəllik salonuna yenidən müraciət etdikdə orada bunun normal reaksiya olduğuna əmin ediblər.
Ertəsi səhər isə Morton burnunda ağ suluq əmələ gəldiyini görüb və xəstəxanaya müraciət edib. Orada bunun toxuma nekrozunun başlanğıcı olduğu ortaya çıxıb.
Həkimlərin fikrincə, vurulan dolğu burunun içindəki qan damarının yolunu bağlayıb və bu da damarların tıxanmasına səbəb olub. Mütəxəssislər dolğu maddəsini əridiblər və hiperbarik oksigenləşmənin keçməsini təyin ediblər.
Morton bu hekayəsini paylaşmaqla qadınları qeyri-mütəxəssislərin yanına getməkdən çəkindirmək istədiyini bildirib.
“Az qala burnumu və üst dodağımı itirəcəkdim və hələ bilmirəm ki, bu müalicə dərimin təbii rəngini qaytaracaq, ya yox. Artıq altı həftədir ki, evən çıxmıram, halbuki hər zaman özümə əmin insan olmuşam. Kosmetoloji prosedurlar belə riskə dəyməz”, - deyə qadın sözlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm