Gözəllikləri başlarına bəladır

Qonşu qəbilənin kişiləri qaçırmasın deyə özlərini bu hala salırlar
Dünyanın hər ucunda bir qeyri- adi hadisə yaşanır. Bu dəfə Hindistandan danışacağıq. Bu ölkədə yaşayan bu qəbilənin qadınları son dərəcə gözəl olduqları üçün qonşu qəbilələr tərəfindən qaçırılırmış. Onlar da çarəsizlikdən elə bir addım atırlar ki, baxanda adamın qanı donur. Gözəlliklərindən dolayı rəqib qəbilənin kişiləri onları qaçırmasın deyə bir cür özlərini çirkinləşdirirlər. Qadınlar burunlarına böyük halqa qoyub, üzlərinə döymə etdirirlər. Həmin qəbilənin qadınlarının bəzi fotolarını təqdim edirik.