Güneyli deputata dəstək verməliyik
07:19 27.09.2018
Arxiv
560
Nadir Qazipur İranda ikinci dil kimi rus yox, Azərbaycan dilinin tədrisini tələb edir
"İran Parlamentinin Urmiyadan olan deputatı, əslən Azərbaycan türkü Nadir Qazipur İran məktəblərində ikinci dil kimi rus dili əvəzinə Azərbaycan dilinin keçirilməsini təklif edib”.
Bunu "Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Politoloqun məlumatına görə, İran Təhsil Nazirliyi orta məktəblərdə ingilis dili əvəzinə, rus dilinin tədrisini həyata keçirəcək:
"İngilis dilinin tədrisinin ləğv edilməsi əsasən bu ölkəyə qarşı iqtisadi sanksiyalara cavab kimi qəbul edilib. Millət vəkili Nadir Qazipur İran parlamentində daima Azərbaycan türklərinin hüquqları uğrunda əzmkar mübarizə aparır. İran hakmiyyətini tribunadan "Mən Türkəm” sloqanları ilə təhdid edir.
Hesab edirəm ki, İran hakimiyyətinin 40 milyona yaxın Azərbaycan türklərinin dilini görməzlikdən gəlməsi, bu dilin məktəblərdə tədrisinə icazə verilməməsi insan hüquq və azadlıqlarının rejim tərəfindən kobud pozuntusudur. Hətta BMT-nin İnsan Haqqları Komissiyası səviyyəsində İran hakimiyyətinin azərbaycanlılara və bəlluclara qarşı ayrı-seçkilik siyasəti ötən həftə bir daha tənqid edildi”.
Ekspertin fikrincə, urmiyalı millət vəkili Nadir Qazipura ölkəmizin ictimai-siyasi dairələri dəstək verməli, onun bu təşəbbüsünü dəstəkləməlidir: "Nadir Qazipur İran parlamentində öz milli kimliyi uğrunda cəsarətli çıxışlar edir. İranla dövlətlərarası əlaqələrimizin normal müstəvidə olmasına baxmayaraq, ictimai-siyasi dairələr Nadir Qazipurun Azərbaycan dili uğrunda mübarizəsinə dəstək verməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə