Gürcü xaçapurisi dünyanın ən ləziz yeməyi seçildi
18:03 13.01.2019
Arxiv
442
Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.
Azərtac xəbər verir ki, TasteAtlas internet portalı "Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib.
Xəritə Xorvatiyada 30 nəfər tədqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. "Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.
Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.
Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən "suluquni” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında "motsarella” və "feta” milli pendir növlərindən də istifadə edilir.
Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan "İmereti xaçapurisi” və Acarıstan bölgəsi ilə əlaqəli olan "Acariya xaçapurisi”dir.
"İmereti xaçapurisi” dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.
"Acariya xaçapurisi” isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.
"Dünyanın ləziz yeməklər” siyahısında ikinci yerə Balkanların yeməyi "çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların "suşi”si layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol