“Gürcüstan azərbaycanlılarının ödənişsiz dini təhsil alması müsbət addımdır, amma…”
08:15 05.04.2019
Arxiv
547
“…Eyni güzəştlər ölkənin ali təhsil müəssisələri ilə bağlı da tətbiq edilsə, çox yaxşı olar”
Gürcüstanda yaşayan soydaşlarımız ödənişsiz təhsil ala biləcək. Bu yenilik dini təhsilə aiddir. Söhbət Gürcüstan müsəlmanlarının Azərbaycanda ödənişsiz dini təhsil almasından gedir.
Bu xəbər sosial şəbəkələrdə yayıldıqda xeyli istifadəçi tərəfindən bəyənildi. Əksəriyyət belə zənn etdi ki, məsələ Azərbaycan təhsil müəssisələrində Gürcüstan azərbaycanlılarına ayrılacaq dövlət əsaslı, ödənişsiz təhsilə ayrılan kvotanın artırılmasından gedir. Lakin sonra məlum oldu ki, güzəşt yalnız dinə təhsilə aiddir.
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa «Sherg.az»a açıqlamasında atılan addımı müsbət dəyərləndirdiyini bildirdi:
- Gürcüstan azərbaycanlılarının ödənişsiz dini təhsil alması, məncə, müsbət addımdır. Bu, mütləq qiymətləndirilməlidir. Bildiyim qədər, məsələnin həlli istiqamətində diaspora komitəsi təmaslar aparır. Gürcüstandakı soydaşlarımızın dini baxımdan təhsilli olması, çox faydalıdır. Dini təhsilə yiyələnmək fanatizmin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Bu sahəni boş buraxmaq olmaz.
F.Mustafa Gürcüstandakı soydaşlarımızın Azərbaycan ali məktəblərində ödənişsiz təhsillə bağlı güzəştlər edilməsini də vacib sayır:
- Eyni güzəştlər ölkənin ali təhsil müəssisələri ilə bağlı da tətbiq edilsə, çox yaxşı olar. Bunun üçün də Gürcüstan azərbaycanlıları üçün oturum izninin uzadılması gerçəkləşməlidir. Bir sıra prosedur qaydalar var ki, onlar reallaşarsa, ümumi işimizin xeyrinə olar.
Təhsildəki bəzi problemlərin çözülməsi, Gürcüstandakı gənc soydaşlarımızın Azərbaycan ictimai-siyasi həyatında daha aktiv işt iştirakı təmin edilər. Mən də bu fikirdəyəm ki, təkcə Gürcüstan azərbaycanlılarına deyil, ümumiyyətlə, qonşu ölkələrdə yaşayan, uzaq dövlətlərdən Azərbaycana təhsil almaq üçün gəlmək istəyən soydaşlarımıza özəl münasibət olmalıdır.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə