Gürcüstanda zəlzələ oldu: Azərbaycanın rayonlarında 3 bala qədər hiss edilib





Bu gün yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONA-ya verilən məlumata görə, zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

Zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.