Hakerlər "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirib
12:03 14.05.2019
Arxiv
833
Hakerlərin "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirdiyi ortaya çıxıb. Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, "WhatsApp" məsələ ilə bağlı açıqlama verib və kiber hücumun seçilmiş bir qrup istifadəçini hədəf aldığını bildirib.
Şirkət bu hücumun arxasında inkişaf etmiş bir kiber oyunçunun olduğunu açıqlayıb.
"Financial Times" qəzetinin xəbərinə əsasən, kiber hücum İsrailin təhlükəsizlik şirkəti olan "NSO Group"a məxsus bir proqram ilə həyata keçirilib.
Bununla bağlı "WhatsApp" 1.5 milyard istifadəçidən bu tətbiqi yeniləməyi istəyib.
Kiber hücumun bu ayın əvvəlində ilk dəfə aşkar edildiyi bildirilib. Kiber təcavüzkarlar "WhatsApp"ın səsli çağırış imkanından istifadə edib və müxtəlif şəxslərə zəng ediblər. Şəxs zəngə cavab verməsə belə, casus proqramı telefona yerləşdirilib. Sonra bu zənglər telefona gələn zənglər siyahısından silinib.
İsrail şirkəti hadisə ilə əlaqədar açıqlama verib: "NSO texnologiyasından dövlət təşkilatlarının istifadəsi, yalnız cinayət və terrorla mübarizə üçün icazə verilir. NSO özü bu texnologiyandan istifadə etmir. Çox ciddi lisenziyalaşdırma proseslərindən sonra təhlükəsizlik və kəşfiyyat qurumlarının istifadəsinə verilib".
"WhatsApp" şirkəti kiber hücumda kimlərin hədəf alındığını müəyyən etmək üçün zamana ehtiyac olduğunu açıqlayıb.
Qeyd edək ki, "WhatsApp"ın 1.5 milyard istifadəçisi var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual