Hamiləlik zamanı koronavirusa yoluxma körpəyə necə təsir edir? - AÇIQLAMA
08:48 30.12.2020
Arxiv
479
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyə verib.
Onun sözlərinə görə, COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır, bu səbəbdən hamiləlik zamanı koronavirusa yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.
S.Məmmədova bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır:
“Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.
Ana südü ilə virusun yoluxması sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır.
ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur.
Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19-da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.
Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bağlı böyük səhvə yol verdik - Stoltenberq
19:36 16.02.2026
Dünya
Rubio: İranla razılıq asan olmayacaq, amma ABŞ səylərini göstərəcək
19:27 16.02.2026
Dünya
İspaniyada buğa festivalində faciə: Bir tamaşaçı öldü
19:27 16.02.2026
Hadisə
Ərdoğan sabah Efiopiyaya gedəcək
19:18 16.02.2026
Dünya
X sosial şəbəkəsi çökdü
19:11 16.02.2026
Dünya
Rusiya nümayəndə heyəti Cenevrəyə bu axşam yola düşür
18:47 16.02.2026
Dünya
TƏBİB sədrliyinə namizəd şəxs infarkt keçirdi
18:40 16.02.2026
Dünya
Sabah Günəş tutulması baş verəcək
18:33 16.02.2026
Sosial
Rusiya kütləvi hücuma hazırlaşır - Zelenski
18:28 16.02.2026
Dünya
Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
18:20 16.02.2026
Elm və Təhsil
KİV: Hindistan ay ərzində İranla əlaqəli üç tankeri saxlayıb
18:14 16.02.2026
Dünya
Rubio NATO mesajı verdi, Kaya Kallas “tezdir” dedi - POLİTOLOQ
18:03 16.02.2026
Gündəm
Aİ Sülh Şurasının iclasında müşahidəçi statusunda iştirak edəcək
17:55 16.02.2026
Dünya
TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…
17:25 16.02.2026
Aktual
Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi
17:24 16.02.2026
Cəmiyyət