Hamısı doğru imiş, yaşadıq səninlə... - Yusif Alı Afşar yazır
14:13 19.02.2019
Arxiv
1310
Bu gün Azərbaycanın Xalq şairi, xalqın şairi Nəriman Əliməmməd oğlu Həsənzadənin doğum günüdür.
1931-ci il bu günündə Qazax rayonunun Poylu qəsəbəsində anadan olan, bir-birindən gözəl şeirlər, epik-dramatik poemalar, publisistik yazılar müəllifi kimi tanınan Nəriman Həsənzadə Azərbaycan xalqının maddi-mədəniyyət xəzinəsinin ağır bir dəyəridir. Nəriman Həsənzadə sözün həqiqi mənasında ruh, sevgi, eşq şairidir. Onun yazdığı şeirlərdən qopan hər bir sözdə bir həyat eşqi var. Hər bir kəlməsi insanın xəyallarını reallıqlara birləşdirir. Nəriman Həsənzadə yaradıcılığına baş vurub onun yazdqlarını incələyən, oxuyan, öyrənən istənilən şəxs qeyrilərindən eşq, sevgi, məhəbbət, duyumluluq baxımından daha dolğun olur. Çünki şairin üzündəki nur, daxilindəki sevgi, xəyallarındakı eşq qəlbindən qələminə, qələmindən isə kağıza süzülərək bizlərin də gözləri vasitəsilə könlümüzə, ruhumuza süzülür.
Bəzən insan kiçicik bir duyğulara qərq olanda Tanrıya min şükürlər edir ki, nə yaxşı ki, bu dünyamızın Nəriman Həsənzadəsi var. Nə yaxşı ki, könüllərin eşq, sevgi, sülh carçısısı var. Nə yaxşı ki, dünyamız hər zərrəsi ilə böyük cahanı nurlandıran Nəriman Həsənzadə sözləri ilə bəzənib. Nə yaxşı ki, Nəriman Həsənzadə ilə bir dövrdə yaşamaq şansı ilə mükafatlandırılmışıq.
Nəriman Həsənzadənin yaradıcılığına verilən çoxlu sayda dövlət və hökumət təltifləri, fəxri adları vardır. Lakin bütün bunlarla yanaşı, Nəriman Həsənzadənin yaradıcılığına verilən ən böyük dəyər ulu öndər Heydər Əliyevin təbirincə desək XALQ SEVGİSİDİR. Əminəm ki, min il sonra da Nəriman Həsənzadə belə seviləcək, belə anılacaq, belə dəyərləndirəcək. Necə ki, Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Vurğun, Müşfiq, Zəlimxan sevilir, Nəriman da elə seviləcək. Çünki Nəriman Həsənzadənin yazdığı şeirlər hər dövrün rənginə, ruhuna uyğundur. Hər zaman Nəriman Həsənzadə şeiriyyətində, yaradıcılığında öndə sevginin, məhəbbətin, ruhun qalibiyyət, hüriyyət, azadlıq təntənəsi gəlir. O kədər içərisindən sevinci, qəm içərisindən eşqi, köz içərisindən alovu, tikan içərisindən gülü ucalda bilən şairdir. Nəriman Həsənzadə şəxsiyyətin kamilliyinin yüksəlişinin aliliyini, enişinin isə əzabını oxucuya fitrən ötürə bilən şairdir. Onun yaradıcılığı ruhun aşağı sonsuzluqla yuxarı sonsuzluğunun daxilində sərhədsiz bir sonsuzluqda qərar tapıb. O, dahi Nizaminin, Hasanoğlunun, Füzulinin, Nəsiminin, Səməd Vurğunun yaratdığı söz dünyasına daha gözəl axar verərək sözün qüvvəsi ilə sevgi, məhəbbət, eşq düyünlərini açaraq ruhun ülviyyətini göylərə ucaltmışdır.
Nəriman Həsənzadə nuru hər yerdən, hər yandan, hər tərəfdən görünən işıqlı bir zərrədir. O zərrə yüzlərlə soyuq qəlbə hənirti gətirən, minlərlə öləzimiş xəyala sürət verən, milyonlarla qaynayan ruha dinclik verən Tanrı nurudur. Dahilər əbəs yerə deməyiblər ki, şairlər Peyğəmbərlərdən sonra gələn ali insan seçilmişidirlər. Bizim Nəriman Həsənzadə də peyğəmbər simalı, peyğəmbər niyətli, peyğəmbər sevgili bir insandır.
Əzizimiz Nəriman müəllim, nə yaxşı ki siz varsınız, nə yaxşı ki bizimləsiz, nə yaxşı ki bizdən sonra gələnlərinsiniz.
Sizin titullarınızın sırasına yeni bir ad, yeni bir təltif də əlavə olunub - GƏLƏCƏYİN SEVİMLİ ŞAİRİ!
Son olaraq isə bir epiloq demək istəyirəm
MƏN sənsiz ölərəm demişdim SƏNə,
Hamısı yalanmış, yaşadım SƏNsiz...
bu misraların müəllifi Nəriman Həsənzadənin ölümdən danışmağa belə heç bir haqqı yoxdur. Çünki o, hər kəlməsi ilə ölümsüzlük qazanmış, uca məqamlaradək yüksəlmiş kamil şəxsiyyətdir.
Doğum gününüz, 88 yaşınız mübarək olsun, Nəriman müəllim!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya