Havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub
11:03 13.02.2017
Arxiv
545
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son 4 gün ərzində müşahidə olunan faktiki havanı açıqlayıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, ETSN Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir sulu qar, qar yağıb.
Son 4 gün ərzində (10, 11, 12, 13 fevral) ölkə ərazisindən soyuq atmosfer cəbhələrinin keçməsi nəticəsində havanın temperaturu fevral ayının iqlim normasından 2.7-3 dərəcə aşağı olub. Bununla yanaşı, respublikanın əksər rayonlarında, o cümlədən, Abşeron yarımadasının bəzi ərazilərində müxtəlif intensivliklə arabir qar yağıb.
Böyük Qafqazda, Naxçıvan MR-da və Lənkəran-Astara zonasında intensiv qar müşahidə olunub, rayonlardan fərqli olaraq isə Abşeron yarımadası və Bakı şəhərinin bəzi ərazilərində fasilələrlə zəif qar yağması müşahidə edilsə də, qar örtüyü əmələ gəlməyib. Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən son 4 gün ərzində düşən yağıntının ümumi miqdarı Qumyataqda 8, Bakıda 3, Zabrat və Maştağada 1 mm təşkil edib.
Qar yağması ilə bağlı verilən proqnoz fevralın 13-də də faktiki olaraq özünü doğruldur. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşam 1 dərəcə şaxta təşkil edəcək.
Hidrometeorologiya sahəsində dünya təcrübəsində qəbul olunmuş təlimatlara əsasən ölkə ərazisi, o cümlədən, Bakı və Abşeron yarımadası üzrə son 4 gün ərzində tərtib olunan proqnozların özünü tam doğrultması müşahidə olunub.
Fevralın 14-ü gündüz ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil